Netanyahu müdafiə nazirini işdən çıxardı – Ölkədə etirazlar başladı

İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Qalantı vəzifəsindən kənarlaşdırıb.

Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Netanyahunun məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olan müdafiə naziri Yoav Qalantı istefaya göndərmək qərarından sonra ölkədə etirazlar başlayıb.

Etirazçılar Təl-Əvivdə hökumət binalarına gedərək nəqliyyatın hərəkətini kəsiblər.

Bir qrup nümayişçi işdən çıxarılan nazirə dəstək ifadə etmək üçün Qalantin evinə gedib.

Qeyd edilib ki, 48 saat ərzində yeni müdafiə naziri təyin olunmalıdır.