owl detail 620 07fcbc8747bd878ff675427c64dfe6d9

Avropa İttifaqı (Aİ) tarixdə süqut etmiş Roma İmperiyasının son dövrü ilə eyni yoldadır”.

Globalinfo.az xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş deyib.

O, fikrini əsasən Brüsselin dekarbonizasiya siyasətini tənqid etməklə izah edib və bu yanaşmanın Avropa iqtisadiyyatını “uçuruma apardığını” bildirib.

Qeyd edilir ki, 2026-cı il yanvarın 1-dən Aİ daxilində sərhədlərarası karbon tənzimləmə mexanizmi (CBAM) tətbiq olunmağa başlayıb. Bu mexanizmə görə, yüksək emissiyalı məhsul istehsal edən ölkələr və şirkətlər Avropaya ixrac zamanı əlavə rüsum ödəməlidirlər.

CBAM altına düşən əsas məhsullar bunlardır: sement, dəmir və polad, alüminium, gübrə, elektrik enerjisi və hidrogen. Yeni qaydalar xüsusilə Çin tərəfindən də tənqid edilib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: