Azərbaycan “Putinin ittifaqına” daxil olur? – Lebedevdən mesaj

“Azərbaycan Avrasiya İttifaqına üzvlükdən uzaqdır”.

Globalinfo.az xəbər verir ki, bunu MDB baş katibi Sergey Lebedev deyib.

“Biz hazırda Avrasiya İttifaqı ilə sıx qarşılıqlı fəaliyyətdəyik və siz gördünüz ki, Ali Avrasiya İttifaqı Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak etdi. Fikrimcə, Azərbaycanın bu ittifaqa üzvlüyünə hələ çox var”, – o bildirib.

İlkin Həsənov
Globalinfo.az