Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyinat olub.
Globalinfo.az xəbər verir ki, naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Ədalət Qasım oğlu Hacıyev Gəncə teatrının direktoru təyin olunub.
Qeyd edək ki, Ədalət Hacıyev son təyinatadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına rəhbərlik edib.
***13:47
Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşı, Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevin vəzifəsindən azad olunmasının təfərrüatı məlum olub.
Globalinfo.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Ədalət Hacıyev başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilib.
Məlumata görə, o, Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin ediləcək.
Məsələ ilə bağlı Brilliant Dadaşova həyat yoldaşının işdən çıxarılmasından xəbərsiz olduğunu bildirib.
Qeyd edək ki, Ə.Hacıyevin yerinə Əməkdar artist Oleq Əmirbəyov təyinat alıb.
***10:56
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev vəzifəsindən azad olunub.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.
Nazirin digər əmri ilə Əməkdar artist Oleq Əmirbəyov teatrın direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri idi.
Xatırladaq ki, Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanən həyat yoldaşıdır və onların bir oğulları var.
Ədalət Hacıyev
Oleq Əmirbəyov