Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Qərb Avropa İttifaqını 2030-cu ilə qədər Rusiya ilə mümkün müharibəyə hazırlayır.
Globalinfo.az xəbər verir ki, nazir bu barədə Venaros şəhərinin şimalında sakinlərlə görüşü zamanı danışıb.
Siyartonun sözlərinə görə, Avropa Komissiyasının Brüsseldə hazırladığı son strategiya sənədləri həm hərbiləşdirməni gücləndirməyə, həm də Ukrayna münaqişəsinin uzadılmasına xidmət edir.
Nazir qeyd edib ki, sənədlərdə 2029-cu ilə qədər taktiki hazırlığın artırılması, 2030-cu ilə qədər isə Avropa ilə Rusiya arasında böyük və ölümcül müharibəyə fiziki hazırlığın təmin edilməsi kimi müddəalar yer alır.
O, Ukraynaya ayrılan böyük məbləğlərin də bu prosesin tərkib hissəsi olduğunu vurğulayıb.
Bundan əvvəl, noyabrın 12-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva hər zaman Avropada qarşıdurma risklərinin artdığını nəzərə alıb və bu səbəbdən qabaqlayıcı tədbirlər görüb.
Tahir Turan
Globalinfo.az