Bolqarıstan prezidenti səfirliyimizə hücumu “qəbuledilməz” adlandırdı

“Bolqarıstan Azərbaycanın İrandakı səfirliyinə edilən ölümcül hücumu pisləyir”.

Globalinfo.az xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev tviterdə yazıb.

O bildirib ki, belə hücumlar qəbuledilməzdir.

Bolqarıstanın dövlət başçısı hadisə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.