İrəvanda qızğın müzakirə: Qarabağ haqda bu ifadə aranı qatdı

Ermənistan parlamentində Azərbaycan Milli Məclisinə cavab üçün xüsusi bəyanatın qəbulu ilə bağlı iclas keçirilib.

Globalinfo.az xəbər verir ki, iclasda müxalifətlə iqtidar arasında böyük fikir ayrılıqları yaşanıb. Məlumata görə, müxalifət sənədin dəstəklənməsini tələb etsə də, iqtidar bəyanatdakı bəzi ifadələrin onların maraqlarına cavab vermədiyini bildirib.

Məhz belə yanaşma müxalifətin iqtidarın ünvanına kəskin ittihamlar səsləndirməsinə və onu xəyanətdə ittiham etməsinə səbəb olub.

Ermənistan Blokundan olan deputat Andranik Tevanyan müxalifətin bəyanatında iqtidarı ən çox narahat edən məqamın burada “Dağlıq Qarabağ Respublikası” ifadəsinin işlənməsi olduğunu qeyd edib.

“Bu o deməkdir ki, biz qarabağlılara Azərbaycandakı milli azlıq kimi baxırıq. Bu bizim üçün qəbuledilməzdir”, – o deyib.

İlkin
Globalinfo.az