Blinken Ankarada Türkiyəni bununla hədələyib? – Sensasion

ABŞ dövlət katibi Entoni Blinkenin Türkiyəyə səfəri Yunanıstan mediasının xüsusi diqqətində olub.

Globalinfo.az xəbər verir ki, Yunanıstanın “Greek City Times” nəşri Blinkenin Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşü zamanı F-35 məsələsini fərqli şəkildə gündəmə gətirdiyini iddia edib.

Nəşr qeyd edib ki, Türkiyə ABŞ-la F-35 və F-16-lar məsələsini ayrı mövzular kimi müzakirə etməlidir:

“Afina belə düşünür və Vaşinqtonun da məqsədi budur. Həmçinin Yunanıstan F-35 almaq niyyəti ilə ABŞ-a müraciət edib və cavab gözləyir”.

Yunan mediası iddia edir ki, Blinken Ərdoğanla görüşdə İsveçin NATO-ya üzvlük məsələsinin tez bir zamanda təsdiq olunmasını, əks halda Yunanıstana dərhal F-35-lərin veriləcəyini deyib. Hələ ki bu iddia ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, ABŞ rəsmisi Türkiyədən sonra İordaniya və Qətərə səfər edib. Onun həftə ərzində Yunanıstan və digər regional ölkələrə də səfəri gözlənilir.

Ayşən Mustafa
Globalinfo.az