Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Kamalov Bahadur Məhəmməd oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu gün şəhidlə vida mərasimi keçirilib.
Şəhidin mə.inin qalıqları Kəlbəcər rayonunun Zar kəndində dəfn olunub.
Qeyd edək ki, Kamalov Bahadur Məhəmməd oğlu 1937-ci ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olub.
1993-cü il aprelin 5-də Kəlbəcər rayonu, Murovdağ silsiləsində itkin düşüb.
