Azərbaycan nefti bahalaşdı – Yeni qiymət

neft pul

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Globalinfo.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,19 ABŞ dolları və ya 0,26% artaraq 73,85 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin dünənki qiyməti 73,66 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.