Ermənistanın Sünik (Zəngəzur – red.) rayonunun Şaki qəsəbəsində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevlə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
Globalinfo.az-ın məlumatına görə, Ermənistanın Milli Təhlükəsizlik Xidməti bildirib ki, oktyabrın 1-də baş verən hadisə ilə bağlı sosial şəbəkələrdə, mediada və digər platformalarda həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Qurum qeyd edib ki, Ermənistanın dövlət sərhədini qanunsuz keçən yalnız bir nəfər – N. Musayev olub. O, başlanmış cinayət işi çərçivəsində məhkəmə qərarı ilə saxlanılıb.
Milli Təhlükəsizlik Xidməti həmçinin bir neçə şəxsin, o cümlədən təxribatçıların olduğu və hüquq-mühafizə orqanlarının ərazidə əməliyyat–axtarış tədbirləri apardığı barədə məlumatların tamamilə əsassız olduğunu açıqlayıb.
Qurum ictimaiyyəti yalnız rəsmi açıqlamalara istinad etməyə çağırıb.