Binəli Yıldırım əməliyyat olundu

Azərbaycanda yol qəzası keçirən AK Partiyanın sədr müavini Binəli Yıldırım İstanbulda yerləşdirildiyi xəstəxanada əməliyyat olunub.

Bu barədə Globalinfo.az Türkiyə mediasına istinadla xəbər verir.

Qeyd edək ki, Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşüb. Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib, Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlar daha sonra Türkiyəyə yola salınıblar.