Bəzi yerlərə leysan yağıb – Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 25-i saat 17:00-a olan məlumatına əsasən Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Qusar, Şahdağ, Sabirabadda arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən Globalinfo.az-a verilən xəbərə görə, havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 26 dərəcəyədək, Naxçıvan MR-da 25 dərəcəyədək, Aran rayonlarında 26 dərəcəyədək, dağlıq rayonlarda 13 dərəcəyədək isti qeydə alınıb.