İran xarici işlər naziri Abbas Əraqçi Dəməşqə səfər edib.
Globalinfo.az xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsəd Dəməşqdə İran xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.
Suriya Prezidenti görüş zamanı bildirib ki, Suriya bütün ərazisində terror təşkilatlarına qarşı şiddətli mübarizəni davam etdirir.
Bəşər Əsəd vurğulayıb ki, terrora qarşı mübarizə, terrorun strukturunu dağıtmaq və mənbələrini qurutmaq təkcə Suriyaya deyil, həm də bütün regionun sabitliyinə və təhlükəsizliyinə xidmət edir.
Nazir Əraqçi Əsədə İran rəhbərliyinin mesajını çatdırıb: “Bu, İranın terrorizmlə mübarizəyə sadiqliyini bir daha təsdiqləyir. Tehran Dəməşqə hərtərəfli dəstək verməyə tam hazırdır”.
Qeyd olunur ki, Suriya əvvəllər çox daha mürəkkəb problemlərlə üzləşib.
Qeyd edək ki, Abbas Əraqçi Suriyada yüksək vəzifəli şəxslərlə görüşəcək və ölkədə baş verən son proseslər fonunda Tehranın dəstəyini çatdıracaq İran XİN başçısı sabah Ankaraya səfər edərək türkiyəli həmkarı Hakan Fidanla bir araya gələcək.