Fransada yüzlərlə insan həbs olunub – Səbəb

Fransa polisi və jandarmları bir ay ərzində küçə yarışlarında iştirak etməkdə şübhəli bilinən 400-dən çox adamı saxlayıb.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bu barədə bazar günü “Twitter“ səhifəsində respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin məlumat verib.

“Aprelin 1-dən indiyədək “şəhər rodeoları”nın təşkilatçılarına və iştirakçılarına qarşı 5000-dən çox əməliyyat keçirilib. Bu, 417 şübhəlini saxlamağa imkan verib”, – Darmanen yazıb.

Onun sözlərinə görə, polis 149 motosiklet və 63 avtomobili müsadirə edib.

“Polis qaydanı pozanların axtarışı üçün dronlardan istifadə etməyə başlayıb”, – daxili işlər naziri əlavə edib.