Siyavuş Novruzovdan bələdiyyə sədrləri barədə TƏKLİF

“Bələdiyyə sədrləri birbaşa xalq tərəfindən seçilməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyası üzrə keçirilən ilk iclasında deputat Siyavuş Novruzov deyib.

O, bələdiyyə seçkilərində bir sıra dəyişikliklərin edilməli olduğunu bildirib:

“Bildiyimiz kimi, bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir. Düşünürəm ki, bələdiyyə sədrləri də xalq tərəfindən seçilməlidir. Həmçinin demək olar ki, prezidentliyə namizədlə bələdiyyə sədrliyinə namizəd eyni sənədləri tələb olunur. Onlara nümayəndə təyin edilməlidir. Sənədlərin yığılması çətindir.

Seçki Məcəlləsində bu barədə bəzi məsələlər sadələşdirilməlidir. İlk növbədə say azaldılmalıdır. Türkiyə kimi ölkədə təxminən 800 bələdiyyə fəaliyyət göstrərir, əhalisi daha az olan bizdə isə 1600 bələdiyyə var. Burada sadələşdirilmiş mexanizm lazımdır”.

Ayşən Mustafa
Globalinfo.az