Irəvan

Belarusun Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. 

Globalinfo.az xəbər verir ki,  etirazçılar səfirlik binasına yumurta, kartof, pomidor atıblar.

Məlumata görə, aksiyaya səbəb Belarus Prezidenti Aleksandr Lukaşenkonun ötən gün “ermənilər bizdən başqa kimə lazımdır?, – açıqlamasıdır.

Prezidentin sözlərinə görə qəzəblənən bir qrup İrəvan sakini və Respublika Uğrunda Partiyasının nümayəndələri  səfirlik binasının qarşısına toplaşıblar.

Etirazçılar Ermənistanın Belarusla diplomatik əlaqəni kəsməsinə dair şüarlar səsləndirirlər.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: