Qazaxıstan Baş naziri Oljas Bektenov AZAL-ın təyyarəsinin qəzasından sonra ölkədəki bütün təyyarələr və hava limanlarının texniki imkanlarını yoxlamaq tapşırığı verib.
Globalinfo.az xəbər verir ki, məlumatı Qazaxıstan mətbuatı yayıb.
“Bu faciə bizə deyir ki, uçuşların təhlükəsizliyi üçün müəyyən tədbirlər görməliyik. İlk növbədə plandankənar yoxlamalar aparılmalıdır”, – o bildirib.
O deyib ki, Qazaxıstan gələcəkdə belə faciələrin yaşanmaması üçün dünənki qəzadan düzgün nəticələr çıxarmalıdır.
Əliyar Xəlil
Globalinfo.az