eraqcu 1

İranın xarici işlər naziri Abbas Əraqçi İranın Ali Lideri postu ilə bağlı prosesə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Al Jazeera” telekanalına müsahibəsində danışıb.

Əraqçi qeyd edib ki, mövcud prosedurlara uyğun olaraq yeni Ali Liderin seçilməsi bir-iki gün ərzində baş tuta bilər. Nazir vurğulayıb ki, ölkədə idarəetmə mexanizmləri sabit şəkildə fəaliyyət göstərir və dövlət institutları tam gücü ilə işləməkdə davam edir.

Əraqçi əlavə edib ki, İranın dövlət qurumları toxunulmaz olaraq qalır və heç bir institusional boşluq yaranmayıb. Onun sözlərinə görə, hakimiyyət strukturları arasında koordinasiya qorunur və qərar qəbuletmə prosesi fasiləsiz davam etdirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: