Bayram namazının vaxtı bilindi

“Bayram namazında iştirak etmək istəyənlər səhər saat 09 radələrində məsciddə olsunlar”.

Globalinfo.az bildirir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, QMİ-nin bununla bağlı əmri yoxdur:

“Namazın hansı vaxtda qılınacağı məscidlərin ixtiyarındadır. Bayram namazı saat 09, 09:30, 10 radələrində qılına bilər. Lakin məscidlər əhaliyə saat 09:00-da qılınacağını elan ediblər. Qafqaz Müsəlmanlar İdarəsi əmr yox, tövsiyə verir”.

F.Nurullayev qeyd edib ki, QMİ-nin fətvasında da namazın vaxtı ilə bağlı qərar yoxdur:

“Qafqaz Müsəlmanları İdarəsinin fətvasında göstərilib ki, bütün məscidlərdə namaz qılınacaq. Məscid rəhbərlikləri vaxtı saat 09:00 elan ediblər. Əhali yığılandan sonra müəyyən edəcəklər. Namazda iştirak etmək istəyənlər saat 09:00 radələrində məsciddə olsunlar”.