Baydendən Netanyahuya xəbərdarlıq: “Bu, yolverilməzdir”

“İranın təhdidlərinə qarşı İsraili dəstəkləyirik”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında deyib.

O bildirib ki, İsrail Qəzza zolağında apardığı əməliyyatlarda mülki insanlara və humanitar məqsədlə bölgədə fəaliyyət göstərən şəxslərə qarşı diqqətli davranmalıdır:

“Humanitar məqsədlərlə bölgədə fəaliyyət göstərənlərə qarşı hücumların edilməsi yolverilməzdir. İsrail mümkün zərərin qarşısını almaq üçün zəruri addımlar atmalıdır”, – deyə Bayden vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az