3b7145c2 781d 3a12 9a7f f83f1f41874e 850

Bayden ölkəni müharibəyə sürükləmədən ABŞ-ın dünyadakı mövqeyini gücləndirdiyini açıqlayıb və buna görə özü ilə qürur duyduğunu deyib.

Globalinfo.az xəbər verir ki, o, ABŞ-ın qlobal liderlik yarışında öz mövqeyini qoruyub saxladığını və gücləndirdiyini bildirib.

“Amerika xalqına deyə bilərəm ki, bizim milli gücümüz dörd il əvvəl vəzifəyə gəldiyim vaxtdan daha çoxdur. Bizim müttəfiqlərimiz daha güclü, rəqiblərimiz və düşmənlərimiz isə zəifdir. Amerika həmişəkindən daha güclüdür. ABŞ diplomatiya, hərbi güc, texnologiya və iqtisadiyyatda öz mövqelərini möhkəmləndirib. Vaşinqtonun müttəfiqlərinin sayı artıb, ölkənin müdafiə sənayesinə qoyulan investisiyalar son onilliklərin ən böyük sərmayəsinə çevrilib. ABŞ dünyanın ən dinamik iqtisadiyyatını qurmaqla yanaşı, süni intellekt sahəsində liderə çevrilib. Bütün bunlara yeni hərbi münaqişələrə qarışmadan nail olmuşuq”, – deyə Bayden vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: