Bayden növbəti dəfə çaşdı – VİDEO

ABŞ Prezidenti Co Bayden yenə qəribə hərəkətləri ilə gündəm olub. Belə ki, Şimali Karolinada keçirilən tədbirdə Ağ Ev rəhbəri əvvəl görünməz birinin əl sıxıb, sonra orada olmayan konqresmen Debora Rossla “şəkil çəkdirib”.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, ancaq qəfildən qadının həmin vaxt başqa ştatda olduğunu xatırlayıb.

“Konqresmen Debora Rossun da adını çəkmək istəyirəm. Debora haradadır? Onunla indicə şəkil çəkdirdim. Ona görə də getdi… O, burada ola bilməz. Bütün bunlar həqiqətə uyğun deyil. Mən qarışdırdım. O, indi Vaşinqtondadır”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ prezidenti ölkə tarixinə həyata keçirdiyi proqramlardan çox unutqanlığı ilə düşüb.