“Ərdoğan çox incə şəkildə Türkiyənin Livana hərbi-siyasi müdaxiləsi üçün əsas hazırlamağa başlayıb”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Akop Bədəlyan çıxış edib.
O bildirib ki, bu məsələ Makron və Pezeşkian arasında Nyu-Yorkda keçirilən görüşdə əsas müzakirə mövzusu olub:
“Livan əslində Fransanın Yaxın Şərqdə mövcudluğunun dayağıdır. Türkiyənin Livana müdaxiləsinin Fransa üçün nə mənaya gələcəyini təsəvvür etmək olar.
Bəs Ərdoğan iki gün əvvəl nə dedi? Dedi ki, İsrailin Livana müdaxiləsi tez başa çatmayacaq. Başqa sözlə, “biz əvvəllər müdaxilə etməmişik, amma indi Livana girəcəyik ki, onu müdafiə edək”.
“İranın İsrailə zərbədən sonra ona qarşı çıxmamaq barədə açıqlaması təkcə Təl-Əvivə yox, həm də Türkiyəyə qarşıdır. Ankara planlarını həm də Təl-Əvivin aqressiyası üzərində qurur. Yəni Livan sizin zonanız deyil, orada qalmaq barədə düşünməyin”, – Bədəlyan bildirib.
Əliyar Xəlil
Globalinfo.az