“Barbi” 1 milyard dollardan çox gəlir əldə etdi

Premyerasından 17 gün sonra “Barbi” filmi həftəsonu 1 milyard dollardan çox gəlir əldə edib.

Globalinfo.az xəbər verir ki, film Şimali Amerikada 459 milyon dollar, digər ölkələrdə isə 572 milyon dollar gəlir qazanıb.

Nəşrin məlumatına görə, Qreta Gerviq filmi bu qədər pul qazanan ilk qadın rejissor olub. Bu, həm də “Warner Bros” üçün rekorddur. 19 gündə 1 milyard dollar qazanan ən sürətli film “Harri Potter və Ölüm Yadigarları: 2-ci hissə” olub.