Baltikyanı ölkələrin müvəqqəti işlər vəkilləri Rusiya XİN-ə çağırıldı

Latviya, Litva və Estoniyanın müvəqqəti işlər vəkilləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

XİN diplomatlardan bu ölkələrdə Rusiya prezident seçkilərində səsvermənin təhlükəsizliyini təmin etməyi tələb edib.

“Təxribat törədiləcəyi təqdirdə, Rusiya ikitərəfli səviyyədə qətiyyətlə hərəkət edəcək”, – Zaxarova deyib.