ABŞ Yəməndə husilərin nəzarətində olan Hüdeyda şəhərinə zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Masirah” məlumat yayıb.
Mənbənin sözlərinə görə, zərbələr yaşayış olan əraziyə tuş gəlib. Hadisə zamanı ölən və yaralananların olduğu deyilir, lakin dəqiq say barədə hələ ki məlumat yoxdur.
Bundan başqa, ABŞ-ın daha bir neçə şəhərə ümumilikdə 22 hava zərbəsi endirdiyi bildirilir.
Aysel Əliyeva
Globalinfo.az