Bakının mərkəzində restoran yandı – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Xəqani küçəsində ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Globalinfo.az-a verilən xəbəra görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri çağırış üzrə cəlb olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində restoranın havalandırma qurğusunda baş verən yanğın qısa müddətdə söndürülüb.

Restoran yanğından mühafizə olunub.

***12:16

Bakı şəhərində restoran yanır. 

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, yanğın Səbail rayonu, Xəqani küçəsində qeyd alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb olunublar.