menendes

ABŞ-ın ermənipərəst senatoru Robert Menendes məhkəmənin onu korrupsiyada günahkar bilməsindən sonra istefaya getməyə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, məlumatı “Foks Nyus” öz mənbələrinə istinadən yayıb.

Qeyd edək ki, Menendes 30 ildir Demokratlar Partiyası adından ABŞ Konqresində fəaliyyət göstərir. O, erməni lobbisinin Konqresdə ən nüfuzlu siması sayılıb. Menendes dəfələrlə Azərbaycan və Türkiyəyə qarşı ağır ittihamlar irəli sürüb, sanksiya tətbiqini istəyib.

Menendesin həyat yoldaşı milliyyətcə ermənidir. Məhkəməonların hər ikisini korrupsiyada, xarici ölkənin maraqlarına işləməkdə günahkar bilir. Onları 20 ilə qədər həbs gözləyir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: