Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 11-də paytaxtda bir sıra Tranformator Məntəqələrində (TM) təmir-təftiş işləri aparılacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən bildirilib.
Məlumata görə, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən İnşaatçılar prospekti, Fəridə Abbasova və Muxtar Maniyev küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nərimanov RETSİ-nə daxil olan Ziya Bünyadov prospekti və Aşıq Molla Cümə küçəsinin bəzi ərazilərində saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.