Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi heyət Qazaxıstandadır.
***14:14
Baş vermiş hadisəni yerində araşdırmaq məqsədilə Qazaxıstanın Aktau şəhərinə yola düşən Azərbaycan nümayəndə heyəti şəhərə eniş edib.
Aktaudakı mənbəmizin Globalinfo.az-a verdiyi məlumata görə, heyət artıq hadisə yerinə gedir.
Bundan başqa, ölənlərin nəşinin ərazidən çıxarılması prosesi davam edir:
“Hazırda həlak olanların nəşini morqa aparırlar. Sağ qalanlar üçün isə qanvermə aksiyası keçirilir. Hər kəs xəstəxanaya gedir, qan verməyə çalışır”.
***
Baş vermiş hadisəni yerində araşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.
***
Azərbaycandan rəsmi heyət təyyarə qəzasının baş verdiyi Aktau şəhərinə yollanıb.
Globalinfo.az-a daxil olan məlumata görə, aralarında nazirin də olduğu təxminən 20 nəfərlik heyət Qazaxıstana uçuş edib.
Zaira Akifqızı
Globalinfo.az