Bakının mərkəzində qurulan işıqfora bənzər qurğu görənlərin marağına səbəb olub.
Globalinfo.az xəbər verir ki, sözügedən qurğu Füzuli küçəsində, Heydər Əliyev Sarayının qarşısında quraşdırılıb.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.
“Bu, yenilənmiş, son nəsil təhlükəsiz şəhər kamerasıdır və hazırda test rejimindədir”, – deyə açıqlamada bildirilib.