Bakının Xəzər rayonunda baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub.
Hadisə Şüvəlan qəsəbəsindəki Hacı Mövlan bağları adlı yaşayış massivindəki evdə baş verib.
Məlumata görə, 20 yaşlı Sadiq Eyyublu aralarında yaranan mübahisə zamanı anası 40 yaşlı Zəminə Eyyublunun əvvəlcə ayağına bıçaqla xəsarət yetirib, daha sonra isə qadının boynunu qıraraq onu qətlə yetirib.
Qətlə yetirilən qadının qonşuları baş vermiş hadisə ilə bağlı Baku TV-yə danışıblar.
“Böyük oğlu həbsdədir. Əsgərlikdən gələndən sonra həbsxanaya düşdü. Amma bu oğlanın pis bir işini görməmişdim. Elə yaxşı uşaq idi ki. Psixoloji problemi olduğunu deyə bilmərəm. Elə olsaydı, qonşularla davası olardı”, – deyə qonşulardan biri deyib.
Ətraflı süjetdə:
*** 17:16
Bakıda törədilən dəhşətli cinayətin detalları məlum olub.
Globalinfo.az milli.az-a istinadən xəbər verir ki, dəhşətli cinayət hadisəsinə səbəb 20 yaşlı Sadiqin anasını evdə başqa kişi ilə tutması olub. Anasını öldürdükdən sonra S.Beybudlu həmin şəxsi – Elvin Allahverdiyevi də yaralayıb.
Oğlu tərəfindən qətlə yetirilən Zəminə Beybudlunun qohumlarının sözlərinə görə, o, ilk ailəsindən ayrılıb və Sadiq Beybudlu da onun ilk evliliyindən olan övladı olub.
***11:12
Bakıda dəhşətli cinayət törədilib.
Globalinfo.az lent.az-a istinadən bildirir ki, hadidə noyabrın 3-ü saat 23 radələrində Şüvəlanda qeydə alınıb.
Yardımlı rayon sakinləri, 20 yaşlı Sadiq Beybudlu kirayədə yaşadığı Şüvəlan qəsəbəsindəki evdə anası, 40 yaşlı Zəminə Beybudlunun ayağına bıçaqla xəsarət yetirib, sonra boynunu sındıraraq öldürüb.
Daha sonra anasının tanışı 39 yaşlı Elvin Allahverdiyevin əlinə taxta parçası ilə xəsarət yetirib.
Həmin şəxs saxlanılıb və prokurorluğa təhvil verilib.