Bakıda birmərtəbəli evdə yanğın oldu

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 22 m² olan birmərtəbəli, 2 otaqlı, mansarda tipli evin mətbəxində mətbəx mebeli 1 m² sahədə, 1 ədəd paltaryuyan və qaz sobası yanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 2 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.