Bakıda baba evdən qaçan 14 yaşlı nəvəsini axtarır

Bakıda 14 yaşlı qız itkin düşüb.

Globalinfo.az xəbər verir ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yaşayan S.Əhmədov Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan nəvəsi – 14 yaşlı A.Zeynalova fevralın 12-də saat 18:00 radələrində yaşadıqları evdən gedib. Lakin yeniyetmə qız bir daha geri qayıtmayıb.

A.Zeynalovanın xarakterik əlamətləri və fotosu polisə təqdim edilib.

Axtarış tədbirləri həyata keçirilir.

Malik
Globalinfo.az