Bakıda avtobus piyadanı öldürdü

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində 1971-ci il təvəllüdlü Mərdan Tağıyev idarə etdiyi 85 saylı marşrut üzrə işləyən “Otokar” markalı avtobusla piyada 1967-ci il təvəllüdlü Əlikubar Kubarovu vuraraq öldürüb.

Araşdırma aparılır.