Bakı və İrəvan bunu özləri də bacarar – Peskov

peskov

“Rusiya Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarına dəstək göstərməyə hazırdır, lakin onlar prosesi müstəqil davam etdirməyə qadirdirlər”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistan parlamentinin spikeri Alen Simonyanın İrəvanın Moskvanın vasitəçiliyini qəbul etməyəcəyi ilə bağlı açıqlamasına münasibətdə deyib.

Peskov İrəvan rəsmilərinin Rusiyanın dəstəyinə ehtiyac olmadığına dair müxtəlif bəyanatlar verdiyini bildirib:

“Azərbaycan və Ermənistan özləri də bu danışıqlar prosesini sona qədər davam etdirməyə qadirdirlər. Biz hər cür mümkün yardımı göstərməyə hazırıq, lakin müstəqil səyləri də alqışlayırıq. Əsas odur ki, Cənubi Qafqaz proqnozlaşdırılması mümkün olan, sülhpərvər bir məkana çevirilsin”.

Qeyd edək ki, Alen Simonyan Ermənistanın heç bir halda Rusiyanın vasitəçiliyini qəbul etməyəcəyini söyləyib.

Əliyar Xəlil
Globalinfo.az