eliyev pasinyan mirzoyan

Kazanda baş tutan BRİKS+ sammitində bir araya gələn Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın səmimi görüntüləri sülhün anonsu kimi şərh edilir. Ekspertlər iddia edir ki, sülh sənədi tam razılaşdırılmasa da, həllini gözləyən məsələlərlə bağlı ortaq məxrəcə gəlmək olar.

Ermənistanla Azərbaycan arasında sülh sazişinin bu il ərzində imzalanması gözlənilirmi?

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, danışıqların üç əsas istiqaməti var:

“Bunlar sırası ilə sülh sazişi, sərhədlə bağlı proseslər və nəqliyyat kommunikasiyalardır. Digər tərəfdən, artıq reqlament təsdiqlənib. Bu da özlüyündə tarixi hadisədir. Çünki diplomatik münasibətlərin olmadığı bir şəraitdə ilk dəfədir ki, sənəd imzalanır. Belə olan halda hər üç istiqamətdə tərəqqiyə nail olmaq mümkündür.

Bu gün sülh sazişinin əldə edilməsi önündə ən böyük problem Ermənistan konstitusiyasıdır. Amma onu da müəyyən müqavilə, birgə bəyanatla həll etmək olar. Və ya müqaviləyə şərt kimi daxil etmək mümkündür. Digər iki istiqamətdə irəliləyiş əldə etmək mümkündür.

Ferhad Memmedov

Nəzərə almaq lazımdır ki, xarici qüvvələr də sülhün əldə edilməsində maraqlıdır. ABŞ daha çox sülh sazişinin imzalanmasını Rusiya ilə nəqliyyat kommunikasiyaların açılmasında maraqlıdır. Türkiyə proseslərin tam həllini istəyir. İran isə daha çox sərhədlərin dəyişməməsi fonunda sülhdə maraqlıdır. Bu şəraitdə irəliləyişə nail olmaq mümkündür”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: