Serj Sargsyan 9

“Ermənistanın Respublikaçılar Partiyası Müstəqillik Bəyannaməsinin konstitusiyanın preambulasından çıxarılmasına qarşıdır”.

Globalinfo.az xəbər verir ki, bu bəyanatı partiya adından keçmiş deputat Qagik Minasyan səsləndirib.

“Konstitusiyamız erməni dövlətçiliyi və Müstəqillik Bəyannaməsində göstərilmiş ümummilli hədəflərin əsas prinsiplərinə söykənir. Bu vəziyyət təkcə xarici düşmən tərəfindən yox, həm də daxili satqın qüvvələrin əli ilə manipulyasiya edilir”, – o bildirib.

Qeyd edək ki, Respublikaçılar Partiyasına Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan rəhbərlik edir. O, özü bir müddət əvvəl aktiv fəaliyyətə keçərək Moskvaya səfər edib və İrəvanda yeni qüvvələrin maliyyələşdirilməsi üçün icazə almağa çalışıb.

Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiası irəli sürülür. Azərbaycan bəyanatın konstitusiyadan çıxarılması tələb edir. Ermənistan hökuməti bununla razılaşmadığını açıqlasa da, bir tərəfdən konstitusiya dəyişikliklərinə hazırlıq aparır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: