Bakı-Sumqayıt yolunda qəza: yaralı var – YENİLƏNİB

Baş DYP İdarəsinin Bakı-Sumqayıt yolunda baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

İdarədən Globalinfo.az-a daxil olan məlumata görə, bu gün saat 10:00 radələrində Bakı-Sumqayıt yolunun 11-ci km-də yolun hərəkət hissəsində dayanan “Opel” markalı 90-VV-419 nömrə nişanlı avtomobillə nəqliyyat vasitələrini sağdan ötməyə çalışan “Ravon” markalı 77-DA-091 nömrə nişanlı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəymiş və 1 nəfər (“Opel” markalı avtomobilin sürücüsü F.Azadov) xəsarət almışdır.

Hər iki sürücünün taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir.

***12:02

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Xırdalan qəbiristanlığının qarşısında qeydə alınıb. “Opel” və “Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində hər maşında 4 nəfər olmaqla, 8 nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Bakı-Sumqayıt yolunda qəza olub, 8 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB