Bakı ilə İrəvan arasındakı münasibətlərdə Rusiyanın rolu… – Zaxarova

“İrəvanda həqiqətən də Moskvanın ünvanına çıxışlar səsləndirilir, ona görə də Rusiya tərəfi Ermənistanı normal dialoqa çağırır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova qeyd edib ki, bu, müvafiq nümayəndələrin səlahiyyətindədir:

“İstərdim ki, adıçəkilən şəxs (Armen Qriqoryan – red.) qərar versin, ya Ermənistan tərəfi ilə normal dialoq baş tutacaq, ya da belə bəyanatlar veriləcək. Biz brincini seçirik. Kommunikasiyaların açılması mövzusuna gəlincə, bu məsələ Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri tərəfindən işlənir. Ona görə də kənardan belə şərhlərə cavab verməyi düzgün hesab etmirəm. Bu, müvafiq nümayəndələrin səlahiyyətindədir”.

“Dəfələrlə bəyan etmişik ki, ölkələrimizin bəyanatları əsasında Bakı ilə İrəvan arasında üçtərəfli formatda – Rusiya, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzərində işləyirik.

Biz üçtərəfli bəyanatlar toplusunu proses üçün alternativsiz “yol xəritəsi” hesab edirik. Bu işin öz trekləri, danışıqlar prosesinin dinamikası, formatları və əlavə alətləri var. Biz heç nəyi məcbur etməyə çalışmırıq, plana əməl edirik”, – Zaxarova qeyd edib.

Xatırladaq ki, bir qədər əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan-Ermənistan sərhədində nəzarəti Rusiya deyil, Ermənistan həyata keçirəcəyini demişdi.