Bakı AB ilə bu layihələri dayandırdı

63d4061b1fd7963d4061b1fd7a167483957963d4061b1fd7463d4061b1fd76

Azərbaycan AB ilə bir sıra “Twinning” layihələri dayandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Trend diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bu qərar bəzi AB ölkələrinin ermənipərəst və antiazərbaycan mövqeyi ilə bağlı verilib. O cümlədən, rəsmi Bakı Litva ilə hüquq-mühafizə, səhiyyə və sosial təminat sahəsində üç birgə layihəni dayandırıb.

Azərbaycanın bu qərarı İsveç və Yunanıstanla miqrasiya sahəsində həyata keçirilən layihələrə də təsir edib.

Polşa və Finlandiya ilə layihələr bu ölkələrin balanslı mövqeyinə görə istisna edilib.