Azyaşlının əlində pirotexniki vasitə partladı: gözü…

Biləsuvar rayonunda İlaxır çərşənbə günü azyaşlının əlində pirotexniki vasitə partlayıb və o xəsarət alıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Y.Haqverdiyevin əlində pirotexniki vasitə partlayıb.

O, gözündən və göz ətrafı nahiyədən ağır xəsarətlər alaraq xəstəxanaya aparılıb.