Azərbaycanlıların şəhərində dəhşətli partlayış: evlər dağıldı, ölənlərin sayı artdı – VİDEO

Təbrizdə baş verən partlayışda ölənlərin sayı artıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, bitişik binadan bir qadın və daha bir kişinin meyitlərinin tapılması ilə ölənlərin sayı 7 nəfərə çatıb.

Əməliyyat-axtarış tədbirləri hələ də davam edir.

***
09:46

Martın 12-də gecə saatlarında İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində partlayış olub.

Globalinfo.az xəbər verir ki, yaşayış binasında baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, 4 nəfər yaralanıb.

Partlayışın 100 evə təsir etdiyi bildirilib.

Şərqi Azərbaycanın Fövqəladə Hallar İdarəsinin rəhbəri Məhəmməd Xanbərar olayda 3 yaşayış evinin tamamilə dağıldığını açıqlayıb.