Azərbaycanlı nazirin gizli çəkilmiş bu görüntüləri təəccüb doğurdu – VİDEO

Gənclər və idman naziri Fərid Qayıbovun hava limanında çəkilmiş görüntüləri sosial şəbəkələrdə yayılıb və maraq doğurub.

Globalinfo.az xəbər verir ki, onun təbii olaraq digər sərnişinlər kimi pasport qeydiyyatından keçmək üçün növbədə dayanması müzakirə mövzusuna çevrilib.

Sosial şəbəkə istifadəçiləri F.Qayıbovun növbəti dəfə səmimi davranış sərgiləməsini təqdir ediblər.

Qeyd edək ki, videonun nə zaman və hansı hava limanında çəkildiyi bilinmir.