Azərbaycanlı din xadimi prezidentliyə namizəd olur

iran secki

Təbriz Şəhər Şurasının üzvü, din xadimi Seyid Məhəmmədrza Mirtacəddini İran prezident seçkilərində namizədliyini irəli sürəcəyi barədə açıqlama verib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Təbrizin yerli mediası məlumat yayıb.

Mirtacəddini bundan əvvəl üç dövr Təbrizin İran parlamentindəki nümayəndəsi olub.