“Can Azərbaycanın üzv olması ilə D-8 təşkilatı daha da gücləndi”.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
Ərdoğanın sözlərinə görə, təşkilatın 3 qitədə də təsiri artıb.
Qeyd edək ki, dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində D-8 XI Sammiti zamanı Azərbaycan yekdilliklə D-8 təşkilatının üzvü seçilib.