turk dovletleri 12

“Prezident İlham Əliyev Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə çıxış edib. Dövlət başçısı Türk dövlətləri arasında əməkdaşlığa, eləcə də rəqəmsal sahədə həyata keçirilən fəaliyyətlərə diqqət çəkib”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, TDT təkcə regionda deyil, bütövlükdə bir sıra qlobal məsələlərdə xüsusi mövqeyə malik olan qurumlardan biridir:

“Nominal ümumi daxili məhsulu 2,1 trilyon dollar olan Türk dünyası yeni regional əməkdaşlıq modelidir. Bu göstərici qlobal iqtisadiyyatın 2 faizindən çoxunu təşkil edir. Kifayət qədər geniş və strateji baxımdan mühüm hesab olunan coğrafiyada təşkilat çərçivəsində məqsədyönlü və sistemli əməkdaşlıq həyata keçirilir.

TDT-nin illik xarici ticarət həcmi təxminən 1,2 trilyon dollar, təşkilatdaxili ticarət dövriyyəsi isə 57 milyard dollara yaxındır. Göründüyü kimi, türk dövlətləri arasında ticarət dövriyyəsinin daha da artırılması prioritet olaraq qalır. Son illərdə həyata keçirilən birgə layihələr bu istiqamətdə müəyyən edilmiş hədəflərə nail olmağa imkan yaradacaq. Ticarət dövriyyəsinin artması birbaşa türk dövlətləri arasındakı münasibətlərin, xüsusilə də son illərdə, daha da dərinləşməsi ilə bağlıdır.

vuqar bayramov 900x506 1
Vüqar Bayramov

Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollara çatdırılması hədəflənir.

Azərbaycanın əldə etdiyi zəfərdən sonra türk dövlətləri arasında strateji əməkdaşlıq daha da güclənib. Türk dünyası bütövləşir, əməkdaşlıq edir və inkişaf edir. Türk dövlətləri tarixlərinin heç bir dövründə indiki qədər bir-birinə yaxın və həmrəy olmayıblar. Buna sevinənlər də var, narahat olanlar da”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: