kusner

“Münaqişənin həlli üçün Ukrayna Donbasdan qoşunlarını çıxarmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentinin kürəkəni Cared Kuşner deyib.

“Əgər Ukrayna bu xəttə (söhbət Donbasdan gedir – red.) qədər geri çəkilmək istəsəydi, razılaşmanın qalan hissəsi artıq hazırlanıb və razılaşdırılıb”, – Kuşner Kiyevdə keçirilən forumda videobağlantı vasitəsilə çıxışı zamanı bildirib.

Amerika liderinin kürəkəni ərazi məsələsini “danışıqlardakı ən çətin mövzu” adlandırıb.

Onun sözlərinə görə, ABŞ-ın məqsədi tərəflərin mövqelərini bir-birinə yaxınlaşdırmağa və sülh yolu ilə razılaşmaya nail olmağa imkan verəcək yaradıcı həll yolu tapmaqdır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: