Azərbaycanı “Avroviziya 2025”də onlar təmsil edəcək

Mamagama 4 1

Azərbaycanı “Avroviziya 2025” mahnı müsabiqəsində “Mamagama” qrupu təmsil edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi səhifəsində paylaşım edilib.

Üç nəfərdən ibarət “Mamagama” qrupu 2021-ci ildə yaradılıb.

Qrup rok, pop və ənənəvi Azərbaycan musiqisinin unikal birləşməsi ilə tanınır.

Qeyd edək ki, “Avroviziya 2025” mahnı müsabiqəsi İsveçrənin Bazel şəhərində keçiriləcək. Azərbaycan təmsilçiləri mayın 13-də birinci yarımfinal mərhələsinin ikinci hissəsində çıxış edəcəklər.

Əliyar Xəlil
Globalinfo.az